Braziliya millisinin heyətində üçqat dünya çempionu Pelenin dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək.
Bu barədə “Santos” klubunun saytı məlumat yayıb.
Vida mərasimi yanvarın 2-də yerli vaxtla saat 10:00-da başlayaraq bir gün davam edəcək. Daha sonra dəfn mərasimi çempionun dəfn olunacağı dünyanın ən böyük şaquli qəbiristanlığında baş tutacaq.
Buradakı mərasimdə yalnız ailəsi və yaxın dostları iştirak edəcək (Azpost.info).