Pekin Vaşinqtona maliyyə bombası atır – SENSASİYA


Çinin sahib olduğu ABŞ xəzinə kağızlarının Trampın başlatdığı ticarət müharibəsində Pekinin əlində olan əsas silahalardan biri olduğu deyilir.

Musavat.com iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, 2024-cü ilin sonuna olan məlumata görə, ABŞ-ın 36 trilyon dollarlıq dövlət borcunun 8,5 trilyonu xəzinə kağızları formasında xarici hökumətlərin əlindədir.
Ən böyük investor Yaponiya hökumətidir - təxminən 1,1 trilyon dollar. 2-ci yerdə Çin gəlir - təxminən 750 milyard dollar: “Son bir həftədə Çinin 50 milyard dollarlıq istiqarazları əldən çıxardığı deyilir. Əsas sual budur ki, Çin kütləvi satışa keçsə, bunun ABŞ üçün hansı nəticələri olacaq? Son günlərdəki satışlar 10 illik kağızların gəlirlilik fazini 4 faizdən 4,5 faizə, 30 illik kağızların gəlirlilik fazilərini 4,5 faizdən 4,85 faizə yüksəldib. Əgər satış davam edərsə, fazilərin yüksəlməsi, kağızların qiymətinin isə düşməsi davam edəcək.

Faizlərin yüksəlməsi ABŞ xəzinəsinin borca xidmət xərclərini artırmaqla onsuz da böyük olan büdcə defisitini daha da böyütmək riskini gətirir özü ilə”.

Bəs ABŞ bu vəziyyətdən necə çıxa bilər? Ekspertə görə, kritik vəziyyətdə FED məcburu faiz endiriminə getməklə qabqlayıcı addım ata bilər: “Amma bu da hələ də aradan qalxmayan inflyasiya riskini yenidən fəallaşdırmış olur. Daha bir çıxış yolu FED-in bu kağızları geri alması ola bilər. Amma itki birtərəfli deyil: vədədən öncə kütləvi satış kağızları daha ucuza reallaşdırmaqla Çin üçün də itlkilər gətirmiş olur.
Yeri gəlmişkən, 10 il əvvəl ABŞ kağızlarının daha böyük kütləsi - təxminən 1,3 trilyoin dolları Çinin əlində idi. Sonrakı dövrdə Çin bunu öz maliyyə sistemi üçün risk kimi gördüyündən həmin məbləği təxminən 2 dəfə kiçiltmiş oldu. Bu silah işə düşərsə, hər 2 tərəf zərəli çıxacaq”.

Musavat.com

11.04.2025 08:07
526