Pediatrdan SOS: "Qızılcadan uşaqlar ölə bilər" - VİDEO

Qızılcadan ölüm sayları çoxalır, artıq üç azyaşlının virusdan vəfat etdiyi rəsmən təsdiqlənib. Virus bağçalarda, məktəblərdə, universitetlərdə geniş şəkildə yayılmaqdadır.

TƏBİB artıq xəstəxanaların hazır vəziyyətdə olduğunu elan edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisi isə qızılcaya qarşı peyvənd üçün çağırış edib. Qeyd edilir ki, ötən il dünyada qızılcaya yoluxanların sayı 2021-ci illə müqayisədə 18%, ölənlərin sayı isə 43% artıb.

Qızılca hələ də uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalır. Əhalinin qızılcaya qarşı peyvənd səviyyəsi 95%-dən az olduqda xəstəliyin geniş yayılma riski artır:

“Virus 5 yaşınadək uşaqlar üçün xüsusilə təhlükəli sayılır, çünki sətəlcəm, ensefalit (beynin iltihabı) və hətta ölümlə nəticələnə bilər. Peyvənd qorunmanın ən təsirli üsullarından biri hesab olunur: peyvəndin iki dozası ömür boyu xəstəliyin 97%-nin qarşısını alır. 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd bütün dünyada 57 milyon insanın həyatını xilas edib”.

Bəs görəsən, yoluxmanın bu qədər yayılması fonunda niyə hələ də epidemiya elan edilmir? Məktəblər niyə distant təhsilə keçmir? Peyvənd olunmayan uşaqlar necə müalicə olunmalıdır?

Azərbaycan Tibb Universitetinin dosenti, Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin üzvü Nigar Bayramova “TV Müsavat”ın qonağı olub, bu və digər suallara aydınlıq gətirib.

Musavat.com həmin videomaterialı təqdim edir.

WhatsApp Image 2023-12-01 at 19.22.42.jpeg (107 KB)

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

01.12.2023 19:23
1524