Pediatr: "Hazırda uşaqlarda mədə-bağırsaq infeksiyaları üstünlük təşkil edir”

“Yay mövsümündə uşaqlarda bəzi infeksiyalara daha çox rast gəlinir. Xüsusilə mədə-bağırsaq infeksiyaları üstünlük təşkil edir”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, rotavirus ilk sıradadır: “Qızdırma, qusma, ishal əsas əlamətlar arasındadır. Adenovirusa nisbətdə daha aqressivdir. Uşaq hər yediyini qaytarır. Adenovirusda isə qızdırma nisbətən daha aşağı olur. İshal bu virusa daha xasdır”.

13.07.2022 16:12
612