Paytaxtın mərkəzində avtobus yandı - VİDEO

Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi 57 ünvanında avtobus yanıb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə xidməti avtobusda baş verib.

Şahidlərin sözlərinə görə, yanğın polis əməkdaşlarının və ətrafdakıların köməyilə qısa müddət ərzində söndürülüb.

Hadisənin görüntülərini təqdim edirik:

 

17.01.2023 18:15
565