Paytaxtın əsas küçələrindən biri ilə bağlı ŞİKAYƏT - RƏSMİ AÇIQLAMA

Bakının Nərimanov rayonu ərazisində yolda hərəkət iştirakçıları üçün problemlər yaradıb.

Bu barədə İbrahim Sofiyev adlı izləyicimiz BAKU.WS-in "qaynar xətti"nə bildirib.

"Baxın bura Həsən Əliyev küçəsidir. Yolda piyada zolağı çəkilib. Lakin piyada zolağından keçən piyadalar üçün təhlükəsizlik tədbirləri görülməyib. Yolda işıqfor da yoxdur. Avtomobillər də, bu istiqamətdə sürətlə hərəkət edirlər.


Yol geniş olsa da, ərazidə avtobus xətti ayrılıb, nə də velosiped zolağı ayrılıb. Bir sözlər, vətəndaşlar mikromobillikdən istifadə edə bilmirlər, - deyə İbrahim Sofiyev şikayətində bildirib.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazidə yol hərəkəti iştirakçıları üçün kifayət qədər təhlükəsizlik təmin olunub.

"Avtobus və mikromobillik zolaqları yaradılarkən infrastruktur və yolun həndəsi ölçüləri mütləq qaydada nəzərə alınır. Həsən Əliyev küçəsinin müəyyən hissəsində yolun daralması mikromobillik zolağının davamlı olmasına imkan vermir", - deyə qurumun açıqlamasında bildirilib.

15.10.2024 22:53
679