Bakının Binəqədi rayonunda baş verən qəzada xəsarət alan beş nəfərdən biri xəstəxanada ölüb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 2 radələrində Svetlana Məmmədova küçəsində qeydə alınıb.
Qəza zamanı "Toyota Land Cruiser", "Mercedes" və "Khazar" markalı avtomobillər toqquşub. Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, xəsarət alan 1985-ci il təvəllüdlü Abdullayev Lətif Rauf oğlu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, ölən şəxs "Mercedes" markalı avtomobilin sürücüsü olub.