Paytaxtda kütləvi dava: bıçaqlananlar var

Bakıda kütləvi dava olub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu qəsəbəsində baş verən hadisə zamanı 1992-ci il təvəllüdlü Ədilov Nicat Qalib oğlu və Süleymanov Elçin Hidayət oğlu bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Musavat.com

20.05.2022 09:35
1045