Paxtaxtın Yasamal rayonu ərazisində sürücü maşını yolun hərəkət istiqamətinin əksinə sürərək təhlükəli vəziyyət yaradıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə MİDA-nın Yasamal Yaşayış Kompleksinə gedən yolda qeydə alınıb.
Belə ki, “Hyundai” markalı maşının sürücüsü yolun əks istiqamətində hərəkət edərək "BakuBus"un avtobusu ilə "burun-buruna" gəlib. Sürücü avtobusun hərəkətinə mane olaraq digər nəqliyyat vasitələri üçün də təhlükəli vəziyyət yaradıb.
Sözügedən görüntüləri təqdim edirik: