Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə böyük önəm verir. Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi çox yaxşı haldır. Aİ-nın yüksək səviyyəli nümayəndə heyəti COP29 tədbirində iştirak edəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski söyləyib.
Onun sözlərinə görə, Avropa İttifaqı bütün planet üçün vacib olan məsələlərin həllinə kömək göstərməyə çalışacaq.
Səfir belə bir mötəbər tədbirə - COP29-a ev sahibliyi etdiyi üçün rəsmi Bakıya təşəkkür edib və uğurlar arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi