Fransa polisindən Telegram-ın baş direktoru Pavel Durovun həbsi ilə bağlı daha bir açıqlama gəlib.
Musavat.com-un xarici mediaya istinadən xəbərinə görə, Fransa polisinin sözçüsü "Reuters" agentliyinə bildirib ki, Pavel Durov Telegram-da kiber və maliyyə cinayətləri ilə bağlı əməkdaşlıq etmədiyi üçün ölkənin kibercinayətkarlıq və fırıldaqçılıq departamentləri tərəfindən təhqiqat altındadır. Polis sözçüsü qeyd edib ki, o, hələ də həbsdədir.
Musavat.com