Pavel Durov məhkəməyə gətirilib

 

Teleqramın həmtəsisçisi Pavel Durov Paris məhkəməsinə gətirilib.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, onun ilkin saxlanılma müddəti başa çatıb.

Xatırladaq ki, P.Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Fransa KİV-in məlumatına görə, Fransa vətəndaşlığı olan P.Durov ölkədə axtarışda olan şəxslərin siyahısında yer alırdı.

O, bir sıra cinayətlərdə, o cümlədən “Telegram”ın ölkə hökuməti ilə əməkdaşlıqdan imtina etməsində ittiham olunur.

***

Bir neçə saat öncə “miqalkalı” iki avtomobil Pavel Durovun saxlanıldığı ehtimal olunan yeri tərk edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.  

 

28.08.2024 17:13
829