Patriarx Kirilin avtomobili qəzaya düşüb- FOTO

Moskvanın mərkəzində “Arus” markalı avtomobil “Volvo”ya çırpılıb.

Azpost.info xəbər verir ki, “Baza” Teleqram kanalının məlumatına görə, “Aurus” Moskva və Bütün Rusiyanın Patriarxı Kirilə məxsusdur.

Onun qəza zamanı avtomobildə olub-olmadığı hələlik məlum deyil.

İnternetdə hadisə yerindən video yayımlanıb və orada avtomobilin bamperinin tamamilə əzildiyi görünür.

“Baza”nın məlumatına görə, qəza mayın 22-də səhər saat 6:30 radələrində Mira prospekti ilə Bolniçnı prospektinin kəsişməsində baş verib. “Aurus”un sürücüsünün xiyabandan çıxan “Volvo”ya çırpıldığı bildirilir.

“112” Teleqram kanalı bir nəfərin qəzadan sonra həkimə müraciət etdiyini yazıb.

22.05.2023 12:40
579