Paşinyanın Sünikə səfəri ilə bağlı İLGİNC AÇIQLAMA

“Paşinyanın Sünikə səfəri, şübhəsiz ki, Ermənistanı referendum prosesinə hazırlamaq məqsədi daşıyır”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan danışıb.

“Fakt budur ki, Bakı ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan hakimiyyəti daha 4 kəndi Azərbaycana vermək niyyətindədir. Nəzərə alsaq ki, Ermənistan Respublikasının qanunvericiliyinə görə, bu kəndlər bizim “ərazi bütövlüyümüzün” (əslində isə Azərbaycanın qanuni torpaqlarının - red.) bir hissəsidir, onların təslim edilməsi yalnız referendum yolu ilə baş verə bilər”, - deyə revanşist deputat bildirib.

Musavat.com

18.06.2024 14:23
1058