“Əgər Ukrayna prezidenti Vladimir Zelenski Ermənistana gəlmək qərarına gəlibsə, o zaman biz onu qəbul etməliyik”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qaqik Melkonyan deyib.
Rusiyanın bu səfərə necə reaksiya verəcəyi ilə bağlı suala Melkonyan belə cavab verib: “Rusiyanın necə reaksiya verəcəyi və ya etməyəcəyi bizi maraqlandırmır, bu, onun işidir. Biz yalnız öz dövlətimizin maraqlarını düşünürük və yalnız ölkəmizin maraqlarını rəhbər tutmalıyıq”.
Musavat.com