Paşinyanın partiyası parlamenti noyabrın 8-də dinləmələrə çağırır

Ermənistanda Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Sazişi" partiyasının təşəbbüsü ilə parlamentin Dövlət-hüquq məsələləri daimi komissiyası 8 noyabrda saat 11:00-da dinləmələr keçirəcək.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, dinləmələrdə yerli Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklər, həmçinin bu dəyişikliklərlə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər müzakirə olunacaq. Müzakirələr konstitusiya qanunu ilə əlaqədar olacaq.

Dinləmələrə komissiyanın rəhbəri, hakim "Vətəndaş Sazişi" partiyasından olan deputat Vladimir Vardanyan sədrlik edəcək.

06.11.2024 12:00
181