“Təhlükəsizlik və məhkəmə idarələri rəhbərlərinin genişmiqyaslı istefaları Ermənistanın baş naziri Nikol Paşinyanın son tənqidlərinin məntiqi davamıdır”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, “Vətənaş sazişi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryan bildirib.
Onun fikrincə, cəmiyyət birmənalı şəkildə qayda-qanun yaradılmasına ehtiyac duyur.
“Bu, parlamentin iclas zalında da müzakirə olunub”, - deyə Koncoryan bildirib.
O etiraf edib ki, təkbaşına insanları dəyişdirməklə hər hansı sistem dəyişikliyinə nail olmaq mümkün olmayacaq.
Musavat.com