Paşinyanın partiyası: “ABŞ-nin regiona müdaxiləsini vacib hesab edirik”

“Amerika Birləşmiş Ştatları həmişə Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər hakim “Vətəndaş sazişi” fraksiyasının rəhbəri Ayk Koncoryan tərəfindən parlamentdə jurnalistlərlə keçirdiyi brifinq zamanı səslənib.

Koncoryan yerli jurnalistlərin Vaşinqtonun sülh prosesi ilə bağlı Ermənistan baş nazirinə hansı təklifləri çatdırdığına dair suallarına dəqiq cavab verməyib.

Qeyd edək ki, bununla bağlı Ermənistan baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterlə görüş keçirib.

“Mən özüm cənab Karpenterlə görüşdə iştirak etməmişəm və məlumatım yoxdur, lakin hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının mövqeyi həmişə açıq olub. Biz ABŞ-nin regionda sülhün bərqərar olmasına yönəlmiş fəal səylərini yüksək qiymətləndiririk,” - deyə Koncoryan ümumi cavabla kifayətlənib.

Musavat.com

23.10.2024 15:23
287