Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan kafedə dostları ilə oturarkən gərgin vəziyyət yaranıb.
Musavat.com Aqreqator.az-a istinadən bildirir ki, Ermənistan vətəndaşı Hakob Berberyan Aşota “Qarabağı təslim etdiniz, amma bundan həzz almamalısan” deyib. Buna cavab olaraq baş nazirin oğlu ayağa qalxaraq kameranı söndürməyə çalışıb.
Xatırladaq ki, fevralın 1-də Anna Akopyanın ad günündə də oxşar hadisə təkrarlanmışdı.