Paşinyanın müavini DANIŞDI: "Azərbaycan müsbət cavab verib"

"Azərbaycan tərəfdən sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı müsbət cavab alınıb".

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jusnalistlərə bildirib.

Qriqoryanın sözlərinə görə, danışıqların tarixi və baş tutacağı yerlə bağlı dəqiq məlumat hələlik yoxdur.

21.06.2023 15:38
1397