Ermənistanın axtarışa verdiyi hakim “Vətəndaş sazişi” partiyasının keçmiş üzvü Tatul Asilyan Rusiyada tapılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyi məlumat yayıb.
Asilyan 2024-cü ilin mayında nəqliyyat vasitəsini idarə etmə qaydalarını pozmaqda ittiham edilərək axtarışa verilmişdi.
"Rusiya tərəfi axtarışda olan şəxsin tapıldığı barədə məlumat verib", - deyə nazirliyin sözçüsü Narek Sarkisyan bildirib.
Asilyan ötən il hökumət əleyhinə mitinqlərdə iştirak edən Qarabağdan olan ermənilərin Ermənistandan qovulmasını təklif etməsi ilə məşhurlaşıb. 2023-cü ilin noyabrında o, mənsub olduğu partiyadan xaric edilib.
Musavat.com