Paşinyanın fraksiyasının rəhbəri: “Hakim partiyanın bir qanadı var”

“Bizim kadr bazamız var, sadəcə olaraq, tətbiq olunan standartlar kontekstində seçim hələ aparılmayıb”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryan tərəfindən səslənib.

Koncoryan bu sözlərlə Paşinyanın hələ də ədliyyə naziri postuna adam tapa bilməməsi ilə bağlı rişxəndli tənqidlərə cavab verməyə çalışıb.

Yerli jurnalistlər hakim siyasi qüvvə daxilində müxtəlif “qanadların” olub-olmaması ilə bağlı sual ünvanlayıblar. Ayk Koncoryan bu suala belə cavab verib:

“Fraksiyada sadəcə bir qanad var - Nikol Paşinyanın qanadı. Qalan bütün xəbərlər yalandan ibarətdir”.

Musavat.com

29.10.2024 16:02
565