Paşinyanın əmlakları yoxlanılacaq

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Musavat.com Report-a istinadla xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazıb.

Qeyd olunub ki, məmurların gizli biznesi, daşınar və daşınmaz əmlakı ilə bağlı araşdırma aparılacaq.

Nəşrin məlumatına görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən baş nazir Nikol Paşinyan, baş nazirin müavinləri, prezident, parlamentin sədri, deputatlar və başqalarının da adı var.

23.11.2022 11:15
492