“Təbii ki, biz Rusiya ilə iqtisadi əlaqələri davam etdirməli və dərinləşdirməliyik”.
Musavat.com xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Xaçatur Sukiasyandır.
“Ermənistan ərazisindən keçən istənilən yol onun suverenliyi çərçivəsindədir. Təbii ki, regionun digər dövlətlərinin etimad göstərməsi üçün nəzarət yox, ancaq müəyyən monitorinq lazım ola bilər. Bu məsələlər müəyyən qədər texniki, müəyyən dərəcədə siyasi, müəyyən dərəcədə dövlət xarakteri daşıyır. Düşünürəm ki, ölkələr arasında qızıl orta tapılacaq”, - deyə Sukiasyan qeyd edib.
Moskvanın Zəngəzurdan keçən yola nəzarət etməkdə israrlı olması ilə bağlı suallara cavab olaraq erməni deputat “İstənilən ölkənin öz maraqları var. Hər hansı bir dövlətin daha çox pay almaq istəməsi adi haldır” deyib.
Musavat.com