“Avrointeqrasiya çox kiçik addımlarla başladı, hətta Avropa İttifaqı ilə deyil, Avropa Şurası ilə əlaqələrdən danışırıq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Ermənistan-Şərq Tərəfdaşlığı-Aİ: tərəfdaşlığın çağırışları və imkanları” adlı forumda Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından deputat Arman Eqoyan bildirib.
“Avropa inteqrasiyası qaçış deyil, bir prosesdir. Bu gün Aİ-yə üzv dövlətlər belə Avropaya inteqrasiya edirlər. Üzvlük nəzərdə tutulursa, belə deyirik: müraciət edəndə nə gözləyirik, nə almalıyıq, gəlin oxşar sözlərlə danışaq ki, insanlar çaşmasın. Aİ-yə üzvlük üçün müraciət etmək istəyiriksə, ilk növbədə Serj Sarkisyanın Assosiasiya sazişini rəfdən çıxarmalıyıq. Bunun üçün biz Avrasiya İqtisadi İttifaqından çıxmalı və ya heç olmasa çıxacağımızı söyləməliyik”, - deyə Eqoyan qeyd edib.
Musavat.com