Paşinyanın deputatından iddia: “Müxalifətin istədiyi olmayacaq”

“Ermənistanda 2026-cı ildə demokratik və azad seçkilər keçiriləcək”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Sisak Qabrielyan iddia edib.

Qabrielyan seçkiqabağı dövrün başlanmasına bir il qaldığını, bu müddətdə müxalifət tərəfdarlarının fəallaşacağını vurğulayıb.

“Düşünürəm ki, xalq bu gün müxalifətin arzuladığı mübarizə üsullarına əl atmayacaq”, - deyə erməni deputat bildirib.

Musavat.com

12.11.2024 17:51
253