“Ümid edirəm ki, tezliklə Azərbaycan-Ermənistan müzakirələri yenidən başlayacaq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyanın sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib.
Papoyan bununla Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı mövzuya da toxunub. Erməni deputat yenə də Azərbaycanı əsassız yerə suçlamağı unutmayıb.
“Ümid edirəm ki, əvvəlcə xarici işlər nazirlərinin görüşü olacaq, ondan sonra proses bərpa olunacaq”, - deyə Gevorq Papoyan bildirib.
Musavat.com