Paşinyanın deputatından axmaq iddia: Azərbaycan və Rusiya eyni cəbhədə hərəkət edir

“Mənə elə gəlir ki, azərbaycanlılar hansısa zəmin hazırlayırlar, çünki əslində bizdə qoşunların hərəkəti yoxdur, biz sadəcə sərhəddə dayanırıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qaqik Melkonyan deyib.

“Onlar sadəcə olaraq aprelin 5-nə planlaşdırılan Paşinyan, Blinken və fon der Leyen arasında keçiriləcək üçtərəfli görüşdən narahatdırlar. Bilmirəm niyə onlar və ruslar bundan belə narahatdırlar? Rusiya daim bəyanatlar verir ki, Aİ müdaxilə edəndə burada sabitlik pozulacaq. Azərbaycan isə Rusiya Federasiyasının sözlərini təkrarlayır. Onlar bir cəbhədə hərəkət edirlər”, - deyə Melkonyan bildirib.

Sərhəddə genişmiqyaslı hücum riskinin olub-olmaması ilə bağlı suala erməni deputat belə cavab verib:

“Yaxın gələcəkdə belə bir təhlükənin olacağını düşünmürəm. Onlar sadəcə olaraq gələcək üçün zəmin yaradırlar. Hazırda belə bir təhlükə görmürəm. Biz bu cür ifadələrə öyrəşmişik”.

Musavat.com

01.04.2024 14:45
816