Paşinyanın deputatı yolların bağlanmasından DANIŞDI

“Dövlətlərarası avtomobil yollarının bağlanması problemlərin həlli deyil”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından, parlamentin vitse-spikeri Akop Arşakyan söyləyib.

“Vətəndaşların bəziləri, hansının olduğunu dəqiqləşdirmək istəmirəm, həqiqətən narahatdırlar. Onların sayı azdır, lakin mövcuddur. Yolun bağlanmasını qəbul edə bilmərəm. Dövlətlərarası avtomobil yolunun bağlanması problemin həlli deyil. Siz bunu edə bilməzsiniz”, - deyə Arşakyan bildirib.

Erməni deputat “Yerkrapa” Könüllülər Birliyinin bir üzvünün avtomobilini etiraz aksiyası iştirakçılarının üstünə sürməsi hadisəsi barədə danışıb.

“Sürücünün keçmək hüququ var idi. Yolu bağlayan insanlar bu avtomobilə hücum edərək onu zədələyiblər”, - deyə Arşakyan onun hərəkətinə haqq qazandırıb.

Musavat.com

03.05.2024 14:29
843