“Ermənistan 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan öz imzasını geri götürməməlidir”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Andranik Köçəryan deyib.
“Üçtərəfli bəyanatın 3 imzası var – Azərbaycan, Rusiya və Ermənistan. Bütün tərəflərin bu sənəd çərçivəsində atəşkəs rejimini qorumaq öhdəliyi var. Bu vəzifələrə Qarabağ ermənilərinin öz evlərinə qayıtması daxildir”, - deyə o bildirib.
Qeyd edək ki, Andranik Köçəryan burada “Qarabağ erməniləri” yerinə “artsaxlılar” ifadəsini işlədib. Bu da Ermənistan iqtidarının təxribatçı niyyətindən xəbər verir.
Musavat.com