Paşinyanın deputatı sülh müqaviləsindən DANIŞDI

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi xoşməramlılığın nəticəsi olmamalı, müsbət nəticələri olan məntiqi sənəd olmalıdır”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın hakim “Mülki müqavilə” partiyasının təmsilçisi, parlamentin regional və Avrasiyaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın sədr müavini Vaqarşak Akopyan tərəfindən səslənib.

O qeyd edib ki, Ermənistanın müvafiq orqanları Bakıda Ermənistan vətəndaşlarının məhkəmə proseslərini izləyir.

“Hesab edirəm ki, Ermənistan Xarici İşlər Nazirliyi də bu istiqamətdə işləyir”, - deyə erməni deputat bildirib və “prosesə potensial zərər vurmamaq üçün” əlavə şərh verməkdən imtina edib.

Musavat.com

21.01.2025 16:30
635