“Hazırda Azərbaycandan müharibə təhlükəsi görmürəm”.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Xaçatur Sukiasyan tərəfindən səslənib.
Onun iddiasına görə, Ermənistan hakimiyyəti beynəlxalq ictimaiyyətin tanıdığı və norma, tələb kimi qəbul etdiyi standartlara uyğun sülh istəyir. Xaçatur Sukiasyan sülhün əldə olunacağına əminliyini ifadə edib.
Sukiasyan əlavə edib ki, regionda tədricən münasibətlər yaxşılaşmağa başlayır və bir-birinin suverenliyinə hörmət institutu formalaşmağa başlayır:
“Azərbaycan regionun dövlətlərindən biridir. Azərbaycanın rəsmi bəyanatlarında “ərazi bütövlüyü və suverenlik” anlayışı var, lakin buna nə dərəcədə hörmət etdiklərini bilmirəm. Eyni zamanda digər dövlətlər - İran, Türkiyə, Gürcüstan, Ermənistan da bunu açıq şəkildə bildirirlər. Əgər Azərbaycan ərazi bütövlüyümüzü tanıyırsa, o zaman bunu rəqəmlə (Ermənistan ərazisi nəzərdə tutulur - red.) adlandırmaya bilər”, - deyə erməni deputat vurğulayıb.
Musavat.com