Paşinyanın deputatı bayraq insidentinə görə üzr istədi

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Ovik Ağazaryan Azərbaycan bayrağının yandırılması ilə bağlı insident barədə yazıb.

Musavat.com xəbər verir ki, bu barədə “Caucasian Bureau” telegram kanalı məlumat yayıb.

Ağazaryan Nikolyanın hərəkətinə görə, beynəlxalq ictimaiyyətdən bağışlanmalarını istəyib.

"Mən bütün sivil beynəlxalq ictimaiyyətdən üzr istəyirəm. Çünki bir vətəndaş və deputat kimi xalqımdan vəhşi və adamyeyən tayfalara xas olan təzahürləri tamamilə silmək üçün əlimdən gələni etməmişəm. Ayıb olsun mənə", - Ağazaryan yazıb.

Musavat.com

15.04.2023 13:20
1207