Paşinyanın deputatı: Baş nazir kitabı hara sıxmalı idi ki?

“Kitabı nə etməli idi ki? Sinəsinə sıxmayıb, sadəcə əlində tutub”.

Musavat.com xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın hakim partiyasının deputatı Babken Tunyandır.

Tunyan “Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya” adlı kitabını sinəsinə sıxıb” kimi yerli ictimaiyyətdən gələn tənqidlərə belə cavab verib.

“Mənə elə gəlir ki, diqqəti görüşün dəqiq harada keçirildiyi, iştirakçıların gülümsəməsi, hansı mövqedə oturduqları və ya əlində kitabı necə tutduqlarına cəmləməkdənsə, daha başqa məsələlərə yönəltmək olar. Qalanı ikinci dərəcəli məsələlərdir”, - deyə Babken Tunyan bildirib.

Musavat.com

25.09.2024 17:19
677