Paşinyanı heç belə görməmişdiz - bu VİDEOya baxmaq lazım

Ermənistanın baş naziri Nikol Paşinyan yenə bu sabah velosiped sürüşünü çəkib və özünün feysdəki səhifəsinə qoyub.

Musavat.com xəbər verir ki, onun yazdığı müşayiətçi mətn yalnız 1 cümlədən ibarətdir. Tərcüməsi belədir: "İrəvan sabahı və yaşasın velosiped".

Keşiş Baqratın və birləşmiş müxalif güclərin İrəvanda davam edən aksiyalarını heç eyninə də almayan Paşinyan əslində həmin qüvvələrə və Ermənistanı müşahidə altında saxlayan dövlətlərə mesaj vermiş olur.

Görünən budur ki, Ermənistanın baş naziri özünə güvənir və son dərəcə komfortlu bir idarəetmə içərisində olduğunu hər fürsətdə nümayiş etdirir.

Musavat.com Nikolun İrəvan küçələrində tək-tənha veloyürüşünü təqdim edir.

@@TVmusavat/87631@@

Paşinyan veloyürüşə çağırış da edib. 

"Bunu hər gün deməyəcəm, amma bəzən belə şeylər edirəm. Qoşulmaq istəyənlər olsa, məmnuniyyətlə təşkil edərəm. Ancaq qoşulmaq üçün 4 şərt var. Birincisi: velosipediniz olsun (açıqdır), ikincisi: marşrutu mən qərar verirəm (aydın deyil, həyat edir), üçüncü: siyasiləşdirməyin (açıqdır niyə), dördüncüsü: iş günü başlayır deyə ən gec 07.00-da qayıtmalıyıq. Yəni səhər saat 06.00-da təyin olunan yerdən tərpənməli olacaqsınız. [email protected] qoşulmaq istəyirsinizsə, adınızı, telefon nömrənizi və velosipedlə şəklinizi ünvana göndərin", - Nikol Paşinyan qeyd edib. 

Musavat.com

05.06.2024 11:49
2337