Paşinyandan təyyarə qəzası ilə bağlı PAYLAŞIM

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı-Qroznı reysi üzrə baş verən təyyarə qəzasının qurbanlarının ailələrinə başsağlığı verib. O, Twitter hesabında paylaşdığı mesajda hadisənin insanlara dərin kədər gətirdiyini vurğulayıb.

Musavat.com xəbər verir ki, Paşinyan paylaşımında belə yazıb:

“Bakı-Qroznı reysi qurbanlarının ailələrinə başsağlığı verirəm. Gündəlik həyatlarını yaşayan insanlara dəyən bu faciə yalnız kədər doğura bilər”.

Musavat.com

25.12.2024 13:38
1699