Paşinyandan SON DƏQİQƏ: Qazaxın kəndlərini verməyə HAZIRIQ! Professor Qabil Hüseynli ilə CANLI

Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”. Musavat.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Milli Assambleyada hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib. Baş nazir bildirib ki, bu planla bağlı onda məlumatlar, hətta sübutlar var.

"Tarixi Ermənistan" hazırkı Ermənistanın ərazi bütövlüyünü tanımır, "tarixi Ermənistan" və "hazırkı Ermənistan" nəinki bir-birinə uyğun gəlmir, həm də tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və hətta biri digəri üçün ciddi təhlükələr yaradır".

Biz diqqətimizi "hazırkı Ermənistan"ın maraqlarına xidmət etməyə yönəltməliyik, əks halda xarici təhlükəsizlik çağırışlarını həll etmək şansımız olmayacaq. "Real Ermənistan" beynəlxalq miqyasda 29 min 743 kvadrat kilometr ərazisi ilə tanınan ölkədir", - Ermənistan Baş naziri vurğulayıb.

“Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil”. Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır. Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə söhbətləşir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

10.04.2024 12:08
654