Paşinyandan ŞOK AÇIQLAMA: “İstənilən vaxt hazırıq”

“Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır”.

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulması üçün Rusiyanın təklif etdiyi yanaşmalar İrəvan üçün məqbuldur.

Paşinyan Putinə bildirib ki, delimitasiya işləri üçün sərhəddə təhlükəsizlik təmin edilməlidir.

Musavat.com

 

31.10.2022 16:03
4976