“Vəziyyət belə davam edərsə, Qarabağdan olan soydaşlarımız Ermənistana aparıla bilər”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
“Vəziyyət düzəlməsə, bu məsələ hamımızın gündəmində olacaq. Sentyabrın 19-da, yəni hərbi əməliyyatların başladığı gün mən baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışam ki, soydaşlarımızı necə, harada və nə ilə dəstəkləyəcəyimizi həmkarları ilə müzakirə etsin. Ermənistana mümkün insan axını halında 40 mindən çox yer hazırlanıb, söhbət yaşayış yerlərindən, eləcə də səhiyyə və qidalanmadan gedir. Bizim A planımız erməniləri Qarabağdan çıxarmaq deyil, soydaşlarımızın qorxmadan öz evlərində yaşamaq imkanı əldə etmələri üçün hər şey etməkdir”, - Paşinyan əlavə edib.
Aytən Novruz
Musavat.com