Paşinyandan Rusiya ilə bağlı EHTİYATLI AÇIQLAMALAR

“Başqa dövlətlərdən, xüsusən də Rusiya kimi bir ölkədən təhqir və istehza dili ilə danışmaq olmaz”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu avqustun 31-də mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan hökumət başçısının ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinin sualını cavablandırarkən bildirib.

O deyib ki, “problemləriniz ola bilər, onlar haqqında danışmaq lazımdır, suallar vermək lazımdır, amma bu cür söz ehtiyatı olan hər hansı ölkə ilə danışmaq yanlışdır”.

“Əgər bu səhvlərə yol vermişiksə, o zaman onları özümüz düzəltməliyik, amma başqaları üçün deyil, özümüz üçün. Çünki bir daha deyirəm, dövlət başqa düşüncə tərzidir, fərqli qavrayışdır, tamam başqa düşüncə müstəvisidir və əgər biz güclü, müstəqil, suveren dövlətə sahib olmaq istəyiriksə, bu düşüncə səviyyəsinə çatmalı, özümüzü orada gücləndirməliyik”, - Paşinyan bildirib.

O qeyd edib ki, Rusiyanın iqtisadi sanksiyalar tətbiq edib-etməyəcəyi sualına cavab vermək istəmir.

“Rusiya niyə sanksiyalar tətbiq etməlidir, deyək ki, hansı maraqlar naminə? Mən istəmirəm ki, bu gün bu ssenariləri belə söz ehtiyatı ilə müzakirə edək”, - deyə Nazirlər Kabinetinin rəhbəri yekunlaşdırıb.

Musavat.com

31.08.2024 17:03
538