Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə fəallığı ilə seçilir. Burada erməni baş nazir qəribə və hətta əcaib paylaşımlar edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın son feysbuk statusu da bu qəbildəndir:
“Sosial psixologiya nöqteyi-nəzərindən əsas problemlərimizdən biri budur: erməninin sonrakı ağlını irəliyə keçirmək”.
Nikol Paşinyanın bu statusu hansı səbəbdən yazdığı bilinmir, lakin yerli sosial mediada onu gülüşlə qarşılayanlar da az deyil.
Musavat.com