Paşinyandan kritik KTMT açıqlaması: "Hazırıq.."

“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını qəbul etməyə hazırıq”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Musavat.com “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki Paşinyan qeyd edib ki, buna təkcə Rusiya deyil, Ermənistan da hazırdır: "Biz narahatlıqlarımızla, istəklərimizlə bağlı məsələləri müəyyən etmişik. Missiyanın effektiv olmasını istəyirik. Bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Biz bu istiqamətdə müzakirələri davam etdiririk”.

Musavat.com

20.04.2023 12:26
620