Paşinyandan kapitulyasiya sənədi ilə bağlı etiraf

9 noyabr 2020-ci il tarixində bildirdim ki, hazırda heç kimin fikri ilə maraqlanmıram, bu məsuliyyəti öz üzərimə götürürəm və bu sənədi imzalayacağam.

Musavat.com-un məlumatına görə, bunu noyabrın 14-də Ermənistan parlamentində 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Düşünürəm ki, doğru şeyi etmişəm. Başqa sual budur ki, mən bunu niyə etdim?”, - deyə Paşinyan əlavə edib. Onun sözlərinə görə, elə vaxtlar olur ki, sadəcə məsuliyyəti öz üzərinə götürməlisən.


Musavat.com

14.11.2024 14:55
741