Paşinyandan İLGİNC AÇIQLAMALAR

“Vətəndaşlıq ərazi ilə bağlıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Tiktok”dakı hesabı vasitəsilə müraciətində deyib.

“Vətəndaşlıq ərazi ilə bağlıdır, ərazi varsa, vətəndaşlıq var, ərazi yoxdursa, vətəndaşlıq yoxdur, əgər söhbət mifik yox, real vətəndaşlıqdan gedirsə. Hüquq və vəzifə də ərazi ilə bağlıdır. Qanun ərazi ilə bağlıdır, çünki o, ərazidə fəaliyyət göstərir. 

Biz bir ölkənin və ya başqa dövlətlərin sərhədlərini keçəndə hüquq və vəzifələr sistemi tamamilə dəyişir. Yəni hər bir ərazinin özünəməxsus hüquq və vəzifələr sistemi var. Təbii ki, bizim bu hüquq və öhdəliklər sistemimiz dəyişir”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, demokratiya və Ermənistan dövləti haqqında danışarkən suveren hüquq və vəzifələrə dair baxışları qeyd etmək çox vacibdir.

“Ərazinin qeyri-müəyyən, spesifiklikdən məhrum olduğu, hüququn isə konkret xarakter daşıdığı fikri yanlışdır. Bu baxımdan bizim suveren ərazimizlə bağlı təsəvvürlərimiz, ən azı, həmişə konkret olmayıb. Məhz bu aspektdə biz suveren ərazimizin konkretləşdirilməsinə böyük əhəmiyyət veririk, çünki bu, bizim hüquq və öhdəliklərimiz sistemini, eləcə də dövlət haqqında anlayışımızı konkretləşdirir”, - deyə Paşinyan yekunlaşdırıb.

Musavat.com

01.04.2024 12:15
2166