Paşinyandan gediş: yeni sülh danışıqları təklif etdi: BAKIYA GƏLMƏK İSTƏYİR  - ŞOK DETALLAR

Musavat.com xarici mediaya əsaslanaraq xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında davam edən fikir ayrılıqlarını həll etmək üçün sülh sazişi ilə bağlı yeni təkliflə çıxış edib.

Paşinyanın təklifinə görə, tərəflərin xarici işlər nazirləri sülh müqaviləsinin razılaşdırılmamış bəndləri üzərində danışıqlar aparmalı və bu ilin noyabrında Bakıda keçiriləcək COP29 sammiti öncəsi müqavilə imzalanmalıdır.

COP29 Azerbaijan - United Nations Climate Change Conference

Bu təklif Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarqis Xandanyanın açıqlaması ilə təsdiqlənib.

Xandanyanın sözlərinə görə, Paşinyan bu təklifi ötən həftə Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi sammitində Azərbaycan prezidenti İlham Əliyevlə “qeyri-rəsmi təmaslar” zamanı irəli sürüb.

Sarqis Xandanyan: Qarabağdan çıxarılan sülhməraml...

Sarqis Xandanyan

Paşinyanın bu addımı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Praqadakı çıxışı ilə ziddiyyət təşkil edir. Qriqoryan sülh sazişinin imzalanması üçün tərəflərə “çox vaxt” lazım olduğunu bildirmişdi. Bununla belə, üzdə görünən budur ki, Paşinyan sülh sazişi üçün irəliləyişə nail olmaq niyyətindədir, baxmayaraq ki, Ermənistan müxalifəti bu təklifi kəskin tənqid edib və Azərbaycanın ciddi güzəştlər olmadan belə bir müqaviləni qəbul etməyəcəyini vurğulayıb.

Bu cür mövqelərə baxmayaraq, Paşinyan iqtidarını qorumaq üçün növbəti addımları atmağa hazır görünür.

NİKOL EN SON.jpg (73 KB)

"Azadlıq" radiosunun ingilisdilli redaksiyasının yaydığı məqalədə vurğulanır ki, iki lider arasında müəyyən danışıqların Moskvada baş tutması artıq təsdiqlənib.

Musavat.com bildirir ki, Paşinyanın bu açıqlaması, onun özünün yaratdığı etimadsızlıq səbəbindən Azərbaycan tərəfindən o qədər də ciddi qəbul edilməyə bilər. Çünki Paşinyan son dörd ildə bu cür bir-birinə zidd olan açıqlamaları və manevrləri ilə fərqlənir. Azərbaycan təhlilçilərində belə bir fikir yaranıb ki, bütün bunlar, əslində, sülh müqaviləsindən yayınmaq, sülh müqaviləsini imzalamadan münasibətləri yalnız çərçivə sazişi ilə sürdürmək niyyətini göstərir. Paşinyan onu 2026-cı ildə Ermənistanda gözləyən seçkilərə sülh müqaviləsi imzalamadan getmək istəyir; Nikol qeyri - müəyyənliyin ondan asılılıq yaradacağını, lazımlılıq dərəcəsini yüksəldəcəyini düşünür. 

Azərbaycanda keçiriləcək COP29 konfransının dünya üçün əhəmiyyəti nədir? -  ANALİZ

Görünən budur ki, Paşinyan öz şərtləri ilə imkan yaradıb,  Bakıdakı COP29 tədbirində iştirak etməyi planlaşdırır. O, bu tədbiri özünün hakimiyyət maraqları və  “baxın, mən sülh üçün hazıram” mesajını vermək üçün istifadə etməyi düşünür.  Lakin Bakı bu addımlara hələlik cavab vermir. Çünki onun sabah nə deyəcəyi, bu gün söylədiyini özünün inkar edib - etməyəcəyi bəlli deyil...

Əgər Paşinyanın bu situativ manevrləri davam edərsə, yaranan etimadsızlıq mühiti daha da dərinləşə bilər.

Yox, bu adam niyyətində ciddidirsə, yaxın zamanda rəsmi Bakı müvafiq addım atacaq.

Musavat.com

16.10.2024 16:52
3736