"Biz 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırıq".
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü zamanı deyib.
O qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına, ölkələrin suverenliyinə və yurisdiksiyasına, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.
Musavat.com