Paşinyana qarşı ŞOK PLAN - Həmin görüşün SENSASİON DETALLARI üzə çıxdı

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bir neçə gün əvvəl revanşist “Vətən uğrunda” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanla Dzoraqbyurdakı evində görüş keçirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Hraparak” qəzeti görüşlə bağlı bəzi təfərrüatları yayıb.

“Məlum olub ki, Serj Sarkisyan erməni keşişə etirazı sona qədər dəstəkləyəcəklərini söyləyib. O qeyd edib ki, rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının son məqsədi baş nazir Nikol Paşinyandan yaxa qurtarmaqdır. Bundan sonra onun rəhbərlik etdiyi siyasi qüvvə hakimiyyət sisteminə qarışmayacaq. Baqrat Qalstanyan hərəkatın gələcək taktikası ilə bağlı öz baxışından danışıb. O, əvvəlcə proseslərin parlamentə daşınmasının, baş nazirə etimadsızlıq səsverməsinin tərəfdarı olduğunu, lakin hələlik küçə təzyiqlərini artıracağını bildirib.

Qeyd edək ki, Baqrat Qalstanyan etiraz hərəkatının başlamasına təxminən 15 gün qalmış Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb”, - deyə məlumatda bildirilir.

Musavat.com

05.06.2024 13:41
1266