“Paşinyana oksigeni BU ölkələr verir” - İLGİNC AÇIQLAMA

“Nikol Paşinyanın hakimiyyəti qeyri-legitimdir”.

Musavat.com xəbər verir ki, bu barədə “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan feysbuk səhifəsində yazıb.

“Paşinyan iqtidarı xarici və daxili oksigen təchizatı sayəsində yerində qalıb. Paşinyana oksigeni xaricdən Qərb və Türkiyə verir. Onlar üçün əsas məsələ Ermənistanı anti-Rusiya və anti-İran top yeminə çevirməkdir. Hakimiyyəti dəyişmək üçün ermənilərə aydın xarici siyasət və təhlükəsizlik sistemi baxımından alternativ təqdim olunmalı, mövcud hakimiyyətin bütün iflasa uğradığı, real sülhə nail olmaq imkanları ortaya qoyulmalıdır.

O ki qaldı Paşinyanı içəridən oksigenlə təmin edənlərə və onların zərərsizləşdirilməsinə, bu məsələlərin həlli daha asandır. Onlar öz-özlərinə yox olacaqlar”, - deyə revanşist erməni qeyd edib.

Musavat.com

05.08.2024 13:32
800