Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları baş nazir Nikol Paşinyana alma atan şəxsin kimliyini müəyyən ediblər.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Bina sakinlərinin sözlərinə görə, 9-cu mərtəbədə yaşayan 71 yaşlı Albert Arstamyan Paşinyanı görüb və almanı götürərək Ermənistanın baş nazirinə tərəf atıb.
İstintaq Komitəsi faktla bağlı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) ilə cinayət işi açıb. Həmin şəxs saxlanılıb.
Musavat.com