Ermənistanda hökumətin 2024-cü ildə keçiriləcək ilk iclasının gündəliyinə bir sıra məmurların istefaya göndərilməsi salınıb.
Musavat.com xəbər verir ki, yerli media Şəhərsalma komitəsinin sədri Armen Qularyan və Lori vilayətinin qubernatoru Aram Xaçatryan tutduqları vəzifələrdən azad olunacağını yazır.
Qeyd edək ki, bir gün əvvəl Paşinyan Lori bölgəsinə səfər edərkən qubernatoru sərt tənqid edib.
Musavat.com